Avropa Parlamentinin qətnaməsi

Anti-Azərbaycan kampaniyasının tərkib hissəsidir

"Avropa Parlamentində Azərbaycanla bağlı aparılan müzakirələr Azərbaycanla sözügedən qurum arasında münasibətlərin gələcək inkişafına çox mənfi təsir göstərir". Bunu deyən millət vəkili Aydın Mirzəzadənin sözlərinə görə, bu müzakirələrin arxasında sağlam məqsədlər dayanmır, bu müzakirələr anti-Azərbaycan kampaniyasının növbəti tərkib hissəsidir: "Çox maraqlıdır ki, Azərbaycanın əleyhinə olan avroparlamentarilər nədənsə, Ermənistan xüsusi-xidmət orqanları ilə əməkdaşlıqda suçlu bilinərək həbs olunan Leyla Yunusun, Rauf Mirqədirovun və digərlərinin əməllərinə göz yumurlar. Onların əsl məqsədi əslində bu şəxslərin müdafiəsinə qalxmaqdır. Bu, bizdə çox böyük təəsüf doğurur". A.Mirzəzadə əlavə edib ki, Azərbaycanın müstəqil daxili-xarici siyasət yeritməsi nədənsə, bəzi xarici dairələri, konkret olaraq Avroparlamentin bəzi üzvlərini çox ciddi şəkildə narahat edir: "Onlar istəyirlər ki, Azərbaycan müstəqil xarici-daxili siyasət yeritməsin, müstəqil siyasət yürütməkdən əl çəksin, məhz onların diktəsi ilə hərəkət etsin. Onlar həmçinin, Azərbaycanı ücüncü dünya dövlətləri sırasında olan zəif, gücsüz bir ölkə kimi görmək istəyirlər. Bunlar isə yolverilməz və qəbulolunmazdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00