Fransua Olland: “Danışıqların uğurla nəticələnməsini arzu edirik”

Fransa prezidenti Fransua Olland Dağlıq Qarabağ münaqişəsinin yaxın gələcəkdə uğurla nizamlanmasını arzu edib.APA-nın "news.am" saytına istinadən yaydığı xəbərə görə, F. Olland bu barədə Ermənistan prezidenti Serj Sarkisyana bu ölkənin müstəqillik günü ilə bağlı göndərdiyi təbrik məktubunda deyib. "Fransa ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi Qarabağ münaqişəsinin həllinə dair aparılan danışıqların yaxın gələcəkdə uğurla nəticələnməsini arzu edir. Bu məqsədlə sizi oktyabrda Parisdə qarşılamaqdan şad olacağam", - deyə o, söyləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00