Cavad Heyət Vaşinqtonda anılıb

Amerikada yaşayan bir qrup soydaşımız Güney Azərbaycanın böyük alimi professor Cavad Heyəti vəfatının 40-ci günü ərəfəsində yad ediblər. Bu barədə "OLAYLAR"a Vaşinqtonda yaşayan soydaşımız Zaur Bayramlı məlumat verib.  Amerikada yaşayan Güney Azərbaycanlı soydaşımız Həbib Azərsinanın apardığı tədbirdə şair-yazar Məhəmməd Rıza Ləvayi, Rıza Salehşur, Cavad Abbasi, Zaur Bayramlı və başqaları çıxışlarında Doktor Cavad Heyətin həyat ve yaradıcılığından, "Varlıq" dərgisindən, Cavad Heyətin İranda basqı altında olsa belə türk dilinin qorunmasındakı əvəzsiz fəaliyyətindən bəhs ediblər. Tədbirdə Güney Azərbaycan milli hərəkatının bu günkü durumu və gələcək fəaliyyəti ilə də bağlı fikir mübadiləsi aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00