49 türk diplomat azad edildi
Baş nazir Davudoğlu bu barədə Azərbaycanda açıqlama verib
20 Sentyabr 2014 09:46 SiyasətTürkiyənin baş naziri Əhməd Davudoğlu, İŞİD-in girov götürdüyü 49 diplomatın Türkiyə vaxtı ilə saat 5:00-da (Bakı vaxtı ilə 07.00) Türkiyəyə qaytarıldığını bildirib.
ANS PRESS-in məlumatına görə, Davudoğlu, səhərə yaxın verdiyi şərhdə bunları bildirib: "Gecə yarısı girovlarla ilk təmas təmin edilib və saat 05:00-a kimi də Türkiyəyə gətiriliblər. Artıq prezidentə də lazımi məlumat vermişik. Mən də buradan (Azərbaycandan) 49 vətəndaşımız ilə görüşmək üçün Şanlıurfaya gedəcəyəm".
Baş nazir girovların sağlamlığına toxunaraq: "Sağlamlıq Vəziyyətləri yaxşıdır. Başda, Kəşfiyyat təşkilatımıza, medyamıza və bütün vətəndaşlarımıza təşəkkür edirəm. Böyük keçmiş olsun".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00