Prezident Bakıda
Qonağı energetika naziri Natiq Əliyev və digər rəsmi şəxslər qarşılayıb
19 Sentyabr 2014 18:18 SiyasətAzərbaycan Bolqarıstan Respublikasının prezidenti Rosen Plevneliev sentyabrın 19-da Azərbaycan Respublikasına səfərə gəlib. Anspress-in məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Bolqarıstan prezidenti Rosen Plevnelievi hava limanında Azərbaycanın energetika naziri Natiq Əliyev və digər rəsmi şəxslər qarşılayıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00