Əli Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Həştərxana gedib

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyanın Həştərxan vilayətində səfərdədir. "OLAYLAR"-ın xəbərinə görə, bu barədə facebook statusunda yazan nümayəndə heyətinin üzvü, millət vəkili Adil Əliyev qeyd edib ki, səfərdə məqsəd Həştərxan Vilayətinin yeni seçilmiş Qubernatoru, Azərbaycanın yaxın dostu  A.A.Jilkininin, andiçmə mərasimində iştirak etməkdir.

Qeyd edək ki, PA-nın şöbə müdiri Əli Həsənovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin tərkibinə millət vəkilləri və Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev daxildir.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00