Bahar Muradova: “Azərbaycan və Türkiyə arasında hərbi təlim kimisə qorxutmaq deyil, güclü olmaq üçündür”

"Azərbaycan və Türkiyə arasında keçirilən birgə hərbi təlim iki ölkə arasındakı əməkdaşlığın məzmununa uyğundur". APA-nın məlumatına görə, bunu Milli Məclisin sədr müavini Bahar Muradova deyib.  B. Muradova bildirib ki, bu sahədə əməkdaşlıq hər hansı üçüncü dövlətə qarşı yönəlməyib. O qeyd edib ki, torpaqları işğal olunmuş Azərbaycan hərbi aspektdə də yüksək səviyyədə hazırlıq aparmalıdır: "Azərbaycan və Türkiyə arasında hərbi təlim kimisə qorxutmaq üçün deyil, güclü olmaq üçündür".  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00