İlham Əliyev və Əhməd Davudoğlunun təkbətək görüşü olub
19 Sentyabr 2014 13:28 SiyasətSentyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlunun təkbətək görüşü olub. Trend-in məlumatına görə, görüşdə Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurlu inkişafı məmnunluqla vurğulandı. Əlaqələrimizin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminlik ifadə olundu. Qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00