Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Əsrin müqaviləsindən danışdı - “Caspian Energy” jurnalına
19 Sentyabr 2014 12:13 Siyasət"Caspian Energy" jurnalının 1994-cü il sentyabrın 20-də Bakıda Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə imzalanmış Əsrin müqaviləsinin 20 illik yubileyinə həsr olunmuş xüsusi buraxılışı işıq üzü görüb. AZADİNFORM-un məlumatına görə, jurnalın həmin sayında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın eksklüziv müsahibəsi dərc olunub.Jurnalda Azərbaycanda Neftçilər Günü peşə bayramına, Astarxanda keçiriləcək Xəzəryanı dövlətlərin Sammitinə, nəqliyyat dəhlizlərinin beynəlxalq inkişaf aspektlərinə, dünya enerji təhlükəsizliyinə həsr edilmiş eksklüziv müsahibələr və aktual məqalələr yer alıb.Jurnalın Əsrin müqaviləsinin 20 illiyinə həsr olunmuş nömrəsində həmçinin Avropa Komissiyasının vitse-prezidenti, energetika üzrə avrokomissar Günter Ottingerin, Azərbaycanın xarici işlər nazirinin müavini, Azərbaycan tərəfindən Xəzərin hüquqi statusu üzrə İşçi Qrupunun rəhbəri Xələf Xələfovun, Qazaxıstan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Zülfiyyə Amanjolovanın, MDB ölkələri ilə dövlət sərhədlərinin delimitasiya və demarkasiyası üzrə Rusiya Federasiyası Prezidentinin xüsusi nümayəndəsi, RF-in Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri İqor Bratçikovun, ARDNŞ-in prezidenti Rövnəq Abdullayevin, "Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyevin, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Arif Əsgərovun eksklüziv müsahibələri dərc olunub. Bundan əlavə, jurnalda neft-qaz və infrastruktur sektorlarının inkişafı, eləcə də ARDNŞ və onun struktur bölmələrini, Caspian Marine Services Limited, SOCAR Fugro LLC, Schneider Electric, AccessBank, SOCAR-AQS, Grand Hotel Europe, "Ekol Mühəndislik Xidmətləri" QSC, Liebherr, Nabucco Architecture and Construction, Iteca Caspian şirkətləri, həmçinin "G-Global formatında keçid dövründə risklərin idarə edilməsi" VII Astana İqtisadiyyat Forumunun və II Ümumdünya Antiböhran Konfransının nəticələri ilə bağlı material və müsahibələr yer alıb.Qeyd edək ki, "Caspian Energy" dünyanın 50 ölkəsində yayılır. Jurnalda MDB və Aİ dövlətlərinin prezident və baş nazirlərinin, həmçinin nüfuzlu beynəlxalq təşkilatların, nəhəng transmilli şirkət rəhbərlərinin müsahibələri, aparıcı ekspertlərin xülasə və analitik materialları çap olunur.