İlham Əliyev və Gürcüstanın Baş nazirinin təkbətək görüşü olub
11 Sentyabr 2014 13:53 SiyasətSentyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin təkbətək görüşü olub. Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, energetika və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edildi. Gürcüstanın Baş nazirinin bu səfərinin ölkələrimiz arasında əlaqələrin daha da genişlənəcəyinə töhfə verəcəyi qeyd edildi. Əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olundu.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00