Türkiyənin müdafiə naziri Bakıda- Foto
11 Sentyabr 2014 08:20 SiyasətBirinci Azərbaycan Beynəlxalq müdafiə sənayesi "ADEX 2014" sərgisində iştirak etmək üçün Bakıya səfərə gələn Türkiyənin milli müdafiə naziri İsmət Yılmazla qardaş ölkənin Azərbaycandakı səfirliyində görüş keçirilib. AzərTAc xəbər verir ki, naziri müşayiət edən nümayəndə heyətinin, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşeliyinin əməkdaşlarının, iş adamlarının iştirak etdikləri görüşdə dost və qardaş ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın, o cümlədən hərbi-texniki əlaqələrin yüksək səviyyədə olduğu qeyd edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00