Rusiya və Azərbaycan Bakıda iclas keçirəcək

Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlığa dair Hökumətlərarası Komissiyanın 12-13 sentyabr 2014-cü il tarixində Bakıda  14-cü iclası keçiriləcək.  İclasda Hökumətlərarası Komissiya çərçivəsində energetika sahəsində birgə fəaliyyətin koordinasiya edilməsinə dair yüksək səviyyəli işçi qrupunun yaradılması müzakirə ediləcək. Eyni zamanda Rusiya Federasiyasının Energetika Nazirliyi və Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən Hökumətlərarası sazişə müvafiq olaraq "Интер РАО" ASC, "СО ЕЭС" ASC, "ФСК ЕЭС" ASC və "Azərenerji" ASC-nin Azərbaycan Respublikası və Rusiya Federasiyası enerjisi sistemlərinin paralel işləməsinin təmin edilməsi və bu məqsədlə müqavilə əsasında elektrik enerjisinin təchiz edilməsi, təchiz edilən elektrik enerjisinin alqı-satqısına müvafiq dövlət dəstəyinin verilməsinə dair saziş və müqavilələrin imzalanması istiqamətində fikir mübadiləsi aparılacaqdır. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00