Vəfa Quluzadə: “ABŞ-ın Uels sammitinədək Dağlıq Qarabağa dair mövqeyi gülünc idi”
9 Sentyabr 2014 16:56 SiyasətAzərbaycanın keçmiş dövlət müşaviri, politoloq Vəfa Quluzadə ABŞ-ın Dağlıq Qarabağ siyasətilə Azərbaycanın lehinə dəyişiklik etməsilə bağlı yayılan məlumatlara münasibət bildirib. V.Quluzadə hesab edir ki, ABŞ və Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsini ciddi surətdə yanaşmaq istəyirlərsə, Ermənistanı rəsmi şəkildə işğalı dövlət kimi tanımalıdırlar. Həmin tərəflərin Ermənistanı pisləyən sənəd qəbul olunmasının vacib olduğunu deyən keçmiş müşavirin sözlərinə görə, onlar eyni zamanda İrəvandan işğalçılıq siyasətinə son qoymasını tələb etməlidirlər. Vəfa Quluzadə qeyd edib ki, indiyədək ABŞ və həmsədrlərin Dağlıq Qarabağ münaqişəsinə münasibəti gülünc idi: "Onlar Azərbaycan və Ermənistana münaqişənin tərəfləri kimi baxırdılar. Azərbaycan münaqişənin həllində tərəf deyil, biz Ermənistan torpaqlarını işğal etməmişik. Ermənistana ərazi iddialarımız da yoxdur. Amma Azərbaycanın Ermənistana qarşı ərazi iddiası hüquqi cəhətdən qəbulediləndir, çünki bu dövrlər bizim torpaqlarımızda yaradılıb. Sovet dövründə və ittifaq yıxılanda Azərbaycanın böyük əraziləri Moskva tərəfindən Ermənistana birləşdirilib. Hazırda həmin torpaqlar Ermənistanın işğalı altındadır. Bunları görməyənlərin məsələni həll etmək istəkləri absurddur. NATO-nun Uels sammitində Ermənistanın işğalçılıq siyasətinin qəbul edilməsinə dair sənədin qəbul edilməsi Azərbaycanın lehinə olan hadisədir". Uels qətnaməsinin Rusiyaya təsiri barədə məsələyə toxunan Vəfa Quluzadə bildirib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində yox, həll edilməməsində açar dövlətdir. O, hesab edir ki, Rusiya regionda sülhə maneə olan tərəfdir. "Ya Rusiya çökməlidir, ya da Putin getməlidir ki, Dağlıq Qarabağ münaqişəsi həll olunsun" - deyə Vəfa Quluzadə vurğulayıb. ("OLAYLAR" İA)