Oktay Əsədov Norveçı gedəcək
9 Sentyabr 2014 16:33 SiyasətMilli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə nümayəndə heyəti Parlament Sədrlərinin Avropa Konfransında iştirak etmək üçün sentyabrın 10-dan 13-dək Norveçin paytaxtı Oslo şəhərində səfərdə olacaq. Bu barədə MM-dən verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə deputatlardan Çingiz Əsədullayev, Sahibə Qafarova, Xanlar Fətiyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər. Konfransda "Konstitusional hüquq və azadlıqlar demokratiyanın şərti kimi", "Avropada demokratiya, suverenlik və təhlükəsizlik", "Çoxluq və müxalifət - tarazlığın əldə olunması" mövzularında müzakirələr keçiriləcək. Nümayəndə heyətinin üzvləri müzakirə olunacaq məsələlərə Azərbaycan tərəfinin mövqeyini bildirəcəklər. Burada Milli Məclisin Sədri Oqtay Əsədovun konfransda iştirak edən nümayəndə heyəti rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub. Görüşlərdə ikitərəfli əlaqələrin inkişafı, parlamentlər səviyyəsində münasibətlərin dərinləşməsi, regional münaqişələrin həlli yolları barədə fikir mübadiləsi aparılacaq.