Əhməd Davudoğlunun Azərbaycana səfərinin vaxtı açıqlanıb

Türkiyənin Baş naziri Əhməd Davudoğlu sentyabrın 19-20-də Azərbaycanda səfərdə olacaq. Bu barədə Trend çərşənbə axşamı TRT-yə istinadən məlumat verir. Ə.Davudoğlu Bakıya səfər etməzdən öncə sentyabrın 16-da Şimali Kipr Türk Cümhuriyyətində olacaq. Türkiyə Baş nazirinin "Əsrin müqaviləsi"nin imzalanmasının 20 illiyi çərçivəsində sentyabrın 20-də Azərbaycanda keçiriləcək Cənubi Qafqaz qaz kəmərinin (Bakı-Tbilisi-Ərzurum) genişləndirilməsi layihəsinin başlaması mərasimində iştirak edəcəyi gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00