Nazirlər yenə görüşəcək VIDEO

"ABŞ böyük sülh sazişi üzərində iş aparmağı təklif edib"

Azərbaycan  Azərbaycan və Ermənistan prezidentlərinin sonuncu görüşündə aparılan danışıqlar zamanı Qarabağ probleminin həlli istiqamətində hər iki ölkənin xarici işlər nazirlərinin yenidən görüşməsinə qərar verilib. Bu ayın sonuna planlaşdırlan görüş Nyu-Yorkda baş tuta bilər. Sabah Bakıda keçiriləcək "Şərq Tərəfdaşlığı" proqramının iştirakçılarından biri olan Moldovanın xarici İşlər naziri Natalia German bu gün həmkarı Elmar Məmmədyarovla görüşüb. Elmar Məmmədyarov XİN-də moldovalı həmkarı Natalia Germanla keçirdiyi birgə mətbuat konfransında deyib. Onun sözlərinə görə, NATO sammiti çərçivəsində Uelsdə prezidentlər səviyyəsində keçirilən görüşdə ABŞ konkret təklif edib ki, böyük sülh sazişi üzərində iş aparılsın. "Azərbaycanın mövqeyi belədir ki, görüş xətrinə görüş olmamalı və konkret məsələlər müzakirəyə çıxarılmalıdır. Ən böyük problem Ermənistan qoşunlarının Azərbaycan ərazilərində mövcudluğudur. Onların işğal edilmiş ərazilərdə qalması təhlükəlidir və Azərbaycan bununla heç vaxt razılaşmayacaq". Görüşdə strateji tərəfdaş olan Azərbaycan və Moldovanın həm regionla, həm də beynəlxalq səviyyədə fəal əməkdaşlıqları müzakirə olunaraq gələcək prespektivlər haqqında danışılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00