Millət vəkili Türkiyənin xarici işlər naziri ilə danışıb

Millət vəkili, AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva Türkiyənin yeni təyin olunmuş xarici siyasət idarəsi rəhbəri Mövlud Cavuşoğlu ilə danışıb. "OLAYLAR"-ın xəbərinə görə, bu barədə öz facebook statusunda yazan millət vəkili qeyd edib ki, onu Türkiyənin Xarici İşlər Naziri seçilməsi münasibəti ilə təbrik edib: "Mövlud bəy indiyə qədər olduğu kimi bundan sonra da daim öz fəaliyyətində Azərbaycanın yanında olacağını söylədi və biz bunun belə olacağına inanırıq. Mövlud bəyi uzun illərdir tanıyıram. Avropa Şurasında eyni komitədə uzun illər birlikdə çalışdıq sonra bizim qurupun yəni Avropa Demokratlar Qrupunun namizədi kimi Parlament Assambleyasının prezidenti seçildi". Qənirə Paşayeva qeyd edib ki, o, hər zaman fəaliyyətində Azərbaycanın yanında olub və dəstək verib: "İnanırıq ki,Türkiyənin Xarici İşlər Naziri kimi də öz fəaliyyətində hər zaman Azərbaycanın yanında olacaq. Bir az öncə telefonla təbrik söhbətimizdə də bir daha hər zaman Azərbaycanın yanında olacağını söyləməsindən çox məmun olduq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00