“Qərbdəkilər nə vaxta qədər prinsipsizlik edəcəklər?
8 Sentyabr 2014 13:14 Siyasət"NATO-nun Uels zirvəsinin yekun deklorasiyasında Azərbaycanın torpaq bütünlüyünün və suverenliyinin dəstəklənməsi gözlənilən idi və heç şübhəsiz ki, bu bizim diplomatik uğurmuzdur". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri millət vəkili Sahib Alıyev səsləndirib. O, qeyd edib ki, amma deklorasiyada Azərbaycan, Gürcüstan və Moldova ilə yanaşı Ermənistanın da suverenlik, müstəqillik və torpaq bütünlüyünün dəstəkləndiyi vurğulanır: "Belədə istər-istəməz sual yaranır ki, nədən başqasının torpağını zəbt edən bir ölkə separatçılıqdan əziyyət çəkənlərin sırasına yerləşdirilərək ona dəstək sərgilənir? Niyə Rusiya- Ukrayna qarşıdurmasına yanaşmada torpağı zəbt olunanla zəbt edən öz adlarıyla çağırılır, bizə gələndə yox? Qərbdəkilər nə vaxta qədər erməniləri incitməmək prinsipindən çıxış edəcəklər? Daha dəqiqi prinsipsizlik edəcəklər? İlk baxışda bu sualların meydana çıxması tam təbiidir. Amma məsələyə bir az geniş baxış bucağından yanaşdıqda Uels deklorasiyasında Azərbaycan, Gürcüstan və Moldova ilə yanaşı Ermənistanın da suverenlik, müstəqillik və torpaq bütünlüyünün dəstəkləndiyinin vurğulanması, özü də bu zaman birinci məhz Ermənistanın adının çəkilməsi tam anlaşılandır. Söhbət əgər suverenlik və müstəqillikdən gedirsə, kim bilmir ki, Ermənistan bu baxımdan separatçılıqdan əziyyət çəkən hər üç ölkədən daha pis durumdadır. Əgər Azərbaycanın torpaqlarının 20 faizi üzərində suverenlyi pozulubsa, Ermənistanın torpağının bir qarışı üzərində belə suverenliyi yoxdur".