“Rusiya istəmir ki, Fransa, yaxud da ABŞ prezidentləri bir araya gətirib Qarabağ problemini həll etsin”

"Rusiya Qərbin Qarabağ məsələsini gündəminə daxil etməsi və münaqişə ilə aktiv məşğul olmasından çox narahatdır. Rusiya istəmir ki, Fransa, yaxud da ABŞ prezidentləri bir araya gətirib Qarabağ problemini həll etsin". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən hüquq müdafiəçisi Azad İsgəndərlinin sözlərinə görə, Rusiya istəyir ki, həll yalnız "Rusiya həlli" olsun: "Rusiyanın həlli isə belədir: Ermənistanla Azərbaycan Gömrük İttifaqına daxil olur, bununla Azərbaycan öz müstəqilliyini itirir. Bundan sonra Rusiyanın Qarabağla bağlı söylədikləri baş verir. Misal üçün, Rusiya deyə bilər ki, Qarabağ ətrafındakı 7 rayon Azərbaycana qaytarılır. Amma bir şərtlə ki, ora Rusiya sülhməramlıları yerləşdirilsin. Rusiya təklif edə bilər ki, Azərbaycan Gömrük İttifaqına daxil olsun, atəşkəs xəttində Rusiya qoşunları yerləşdirilsin və tərəflər bir-birinə atəş açmasın. Lakin bütün variantlar bizə yaramır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00