Uelsdə Azərbaycan, Ermənistan prezidentlərinin və ABŞ dövlət katibinin birgə görüşü olub

Milli.Az AzərTAc-a istinadən bildirir ki, sentyabrın 4-də Uelsdə Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistan prezidenti Serj Sarkisyanın və ABŞ dövlət katibi Con Kerrinin görüşü olub. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00