Prezident Hidayət Orucovla bağlı sərəncam verdi
4 Sentyabr 2014 19:03 SiyasətPrezident İlham Əliyev Azərbaycanın Qırğızıztandakı fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucovla bağlı sərəncam verib. "Qafqazinfo" xəbər verir ki, ölkənin ictimai həyatında fəal iştirakına görə Hidayət Xuduş oğlu Orucova "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" verilib.
Qeyd edək ki, Hidayət Orucov 2006-2012-ci illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00