Azərbaycanla İran arasında sənədlər imzalanacaq VIDEO

İranın Azərbaycandakı Mədəniyyət Mərkəzinin sədri Seyid İbrahim İbrahimli məsələni belə şərh edib

Azərbaycan  İran prezidentinin Azərbaycana səfəri zamanı mədəniyyət sahəsində bir çox sənədlər imzalanacaq. ANS TV-nin məlumatına görə, İranın Azərbaycandakı Mədəniyyət Mərkəzi fəaliyyətində yeni bir dövrə start verib. Bu yeniliyin əsasını Azərbaycan mediası ilə davamlı iş birliyi təşkil edir. Məqsəd iki dövlət arasında mədəniyyət əlaqələrinin möhkəmləndirilməsi və İran mədəniyyətinin Azərbaycanda tanıdılaraq təbliğ edilməsindən ibarətdir. İranın Azərbaycandakı Mədəniyyət Mərkəzinin sədri Seyid İbrahim İbrahimli məsələni belə şərh edib. "Biz gözləyirdik ki, Azərbaycan prezidenti İlham Əliyev İrana səfər edəndə iki ölkə arasında mədəniyyət sahəsində müqavilələr imzalansın. Amma Azərbaycanın Mədəniyyət naziri Əbülfəz Qarayev həmin səfərdə iştirak etmədiyi üçün müqavilələr imzalanmadı. İndi İran prezidenti Həsən Ruhaninin Azərbaycan səfəri zamanı biz ümid edirik ki, xeyli sayda mədəniyyət sahəsində müqavilələrə imza atılacaq və biz İranda Azərbaycan, Azərbaycanda isə İran mədəniyyəti günləri və başqa tədbirlər həyata keçirəcəyik"- deyə sədr qeyd edib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00