Ərdoğan yenə gəlir

Prezident Bakıda “Əsrin Müqaviləsi”nin 20 illiyi ilə bağlı tədbirə qatılacaq

Azərbaycan  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən Azərbaycana səfər edəcək. Anspress-in məlumatına görə, 20 sentyabr tarixində Azərbaycanda "Əsrin Müqaviləsi"nin 20 illiyi ilə bağlı tədbir keçiriləcək. Ötən gün isə Azərbaycanda səfərdə olan Ərdoğan, prezident İlham Əliyevlə görüşü zamanı TANAP (Trans Anadolu Təbii Qaz Boru Xətti) layihəsinin imzalanma mərasiminin də həmin tarixidə baş tutacağını açıqlayıb. Türkiyə mətbuatında çıxan yazılarda isə qeyd olunub ki, Ərdoğan Bakıda keçiriləcək imzalanma mərasimində iştirak edəcək

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00