İlham Əliyev təşəkkür etdi
Dövlət başçısı bəyanatında mühüm məqamlara toxunub
3 Sentyabr 2014 16:29 SiyasətAzərbaycan "Ermənistan və dünya erməniləri beynəlxalq ictimai rəyi çaşdırmaq istəyir, yalan üzərində tarix qurmaq istəyir, Türkiyəyə qarşı əsassız ittihamlar irəli sürür. Bunların heç birinin tarixi əsası yoxdur, yalandır, böhtandır. Biz birgə səylərlə və yaxın ölkələrlə birlikdə erməni yalanını bundan sonra da ifşa edəcəyik". Anspress-in xüsusi müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Bakıda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuata bəyanatlarla çıxışında deyib. İlham Əliyev Türkiyə dövlətinə Dağlıq Qarabağ münaqişəsinin həllində göstərdiyi səylərə görə öz minnətdarlığımı bildirib. O, qeyd edib ki, Türkiyə bütün dövrlərdə olduğu kimi bu məsələ ilə bağlı öz siyasətini açıq şəkildə aparıb və daim Azərbaycanın yanında, haqqın, ədalətin, beynəlxalq hüququn yanında olub. İlham Əliyev daha sonra Dağlıq Qarabağ münaqişəsinin bölgə üçün ən böyük təhdid olduğunu da vurğulayıb.