Ərdoğanın Azərbaycan səfərinin proqramı

Türkiyə prezidenti İlham Əliyev tərəfindən rəsmi mərasimlə qarşılanacaq

Azərbaycan  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan səfərinin proqramı açıqlanıb. Anspress-in Anadolu agentliyinə istinadla verdiyi məlumata görə, Türkiyə prezidenti R. T. Ərdoğan Azərbaycan prezidenti İlham Əliyev tərəfindən rəsmi mərasimlə qarşılanacaq. Prezidentlərin təkbətək və heyətlər arası görüşlərdən sonra, R. T. Ərdoğan və İlham Əliyev birgə mətbuat konfransı keçirəcək. Türkiyə prezidenti daha sonra Azərbaycanın xalqının ümummilli lideri Heydər Əliyevin qəbri və Şəhidlər Xiyabanını, həmçinin Türk Şəhidliyini ziyarət edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00