Ərdoğan bu gün Bakıya gəlir
2 Sentyabr 2014 12:12 SiyasətTürkiyənin yenicə seçilmiş 12-ci prezidenti Rəcəb Tayyib Ərdoğan dövlət başçısı qismində Bu gün Bakıya gəlir. Ərdoğan prezident İlham Əliyevin dəvəti ilə 2-3 sentyabr tarixində Azərbaycan Respublikasında rəsmi səfərdə olacaq. Rəsmi məlumata görə, prezidentlərin görüşü zamanı Azərbaycan-Türkiyə arasındakı münasibətlərin müxtəlif aspektləri, iki ölkə arasındakı əməkdaşlıq, həmçinin Türkiyə ilə Azərbaycanın müştərək mənfəətlərini əks etdirən beynəlxalq və regional hadisələrin müzakirəsi gözlənilir. Bundan başqa, bildirilir ki, Ərdoğanın səfəri hər iki ölkənin ortaq mənfəətlərinin inkişafı baxımından böyük bir fürsət olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00