Erməni əsir təhvil verildi

Azərbaycanda saxlanılan erməni 3-cü ölkəyə göndərilib

Azərbaycanda saxlanılan erməni hərbi əsir Akop İnciqulyan üçüncü ölkəyə təhvil verilib.ANS PRESS-in məlumatına görə, Akop İnciqulyan Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə üçüncü ölkəyə təhvil verilib.Bu barədə A.İnciqulyanın qardaşı məlumat verib. O bildirib ki, əsirin üçüncü ölkəyə təhvil verilməsi barəsində avqustun 28-də Beynəlxalq Qırmızı Xaç Komitəsinin İrəvan ofisindən məlumat verilib.Qeyd edək ki, A.İnciqulyan 2013-cü il, avqustun 8-də təmas xəttini keçərək Azərbaycan tərəfinə təslim olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00