XİN: Buna yol verməyəcəyik

Elman Abdullayev pilotsuz təyyarə xəbərinə aydınlıq gətirdi

"Heç bir üçüncü tərəf Azərbaycanın qonşu ölkələr ilə münasibətlərinə xələl gətirə bilməz". ANS PRESS-in məlumatına görə, bunu XİN mətbuat katibi Elman Abdullayev bu gün keçirilən brifinqdə deyib.O, bildirib ki, Azərbaycan qonşu ölkələrlə daim mehriban münasibət qurmağa çalışır. "Üçüncü tərəf təxribat, dezinformasiya yaymaqla ölkəmizin qonşu ölkələrlə, xüsusilə İranla qurduğu mehriban münasibəti pozmağa çalışır. Azərbaycanın İranla tarixi münasibətləri mövcuddur. Bu ölkə ilə əməkdaşlığımız inkişaf etməkdədir".O, həmçinin bildirib ki, İranın Azərbaycandakı səfirliyi ilə mütamadi danışıqlar aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00