Prezidentlik gerbində Fatiha surəsi (FOTO)

Türkiyənin 12-ci prezidenti Rəcəb Tayyib Ərdoğana xüsusi bir hədiyyə verilib

Ötən gün hakim Ədalət və İnkişaf Partiyasının 1-ci fövqəladə qurultayında Türkiyənin 12-ci prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.ANS PRESS-in yerli mətbuata istinadən xəbərinə görə, çıxışdan sonra Ərdoğana xüsusi bir hədiyyə verilib.Məlumata görə bu, Dənizli şəhərində nəqqaş-usta tərəfindən hazırlanan, ətrafında ərəbcə Fatiha surəsinin yazıldığı prezidentlik gerbi olub.Xüsusi gerbin dizaynının millət vəkili Nurcan Dalbudak tərəfindən hazırlandığı bildirilsə də gerbi hazırlayan nəqqaş barədə məlumat verilməyib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00