Millət vəkilindən Boris Nemtsova cavab

“Bu siyasi korluqdur”

Rusiyanın müxalifətçi düşərgəsinin nümayəndəsi Boris Nemtsovun Azərbaycan KİV-inə verdiyi müsahibədəki həyasız tonunu bu şəxsin ölkəmizə qarşı qərəzinin bariz göstəricisi saymaq olar. "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri millət vəkili Fuad Muradov səsləndirib. Millət vəkili bildirib ki, onun Azərbaycan barədə verdiyi "ekspert rəyi" bu baxımdan əhəmiyyətsizdir: "Azərbaycan Prezidentinin fəaliyyəti barədə fikir yürütməyə Nemtsov kimilərinin nə ağlı, nə də səviyyəsi imkan verir. Nemtsov Rusiyada ciddi fiqur kimi qəbul olunmur. O hər yerdə yalnız öz maraqları naminə iş görməyi sevir". Fuad Muradov deyib ki,  özünü "siyasətçi" adlandıran bu bədnam ekspertin İlham Əliyevin guya Putindən nümunə götürməsini iddia etməsi sadəcə siyasi korluqdur: "Özünü Azərbaycan tərəfkeşi kimi sırımağa çalışan bu "tanınmış" siyasətçi nədənsə bir dəfə də olsun ölkəmizin işğal altında olan Dağlıq Qarabağ və digər rayonlarını yada salmaq istəməyib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00