Müdafiə naziri Zakir Həsənovun gürcü və türk həmkarı ilə görüşü Ermənistanı qorxuya saldı
27 Avqust 2014 12:29 SiyasətErməni general Arkadi Ter-Tadevosyan Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin Naxçıvanda keçirilən görüşünə münasibət bildirib. Tadevosyan üç ölkə arasında hərbi ittifaqın yaranacağına inanmadığını deyib. Lakin Tadevosyandan fərqli olaraq erməni mətbuatı belə bir ittifaqın mümkün olduğunu yazır. Nazirlər Zakir Həsənov, İsmət Yılmaz və İrakli Alasaniya arasında keçirilən görüşü xatırladan erməni mətbuatı yazır ki, ittifaq baş tutacağı təqdirdə bu Ermənistan üçün real təhlükə olacaq. Düşmən mətbuatı eyni zamanda azərbaycanlı ekspert Üzeyir Cəfərovun bu görüşə dair fikirlərini də dərc edib: "Azərbaycanlı ekspert Üzeyir Cəfərov bildirib ki, bu görüş Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına bənzər bir ittifaq olacaq. Cəfərovun sözlərinə görə, bu görüş bu formatın yaradılması üçün ilkin başlanğıcdır". ("OLAYLAR" İA)