ASİMDER Azərbaycan təşkilatı ilə əməkdaşlıq protokolu imzalayıb
26 Avqust 2014 16:31 SiyasətBeynəlxalq Əsassız Erməni İddiaları Qarşı Mübarizə Dərnəyi (ASİMDER) ilə Vyana Azərbaycan Mədəniyyət və İş adamları Dərnəyi arasında birgə fəaliyyət protokolu imzalanıb. "OLAYLAR"-a məlumat verən ASİMDER rəhbəri Göksel Gülbey deyib ki, "Hərəkətdə Güc Birliyi Protokolu"nda əsas məqsəd, erməni lobbisinin yalanlarını ifşa etmək və Dağlıq Qarabağın ermənilər tərəfindən işğalı faktını dünya ictimaiyyətinə çatdırmaqdır. Həmçinin istəyimiz təşkilatlanmış Türk dərnəkləri ilə protokollar imzalayaraq, dünyada Türk lobbisini yaratmaqdır". Dərnək sədri deyib ki, birgə fəaliyyət və erməni yalanlarını ifşa məqsədilə görülən işlər Avstriyada işıq üzü görən "Bizim səsimiz" qəzetində də Əksini tapacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00