İlham Əliyev Polşanın ölkəmizdəki səfirini qəbul edib
25 Avqust 2014 15:53 SiyasətAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 25-də Polşa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixael Labendanı qəbul edib.
ANS PRESS-in məlumatına görə, görüş səfirin diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar baş tutub.
Görüşdə Azərbaycan ilə Polşa arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olundu, əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00