Ramiz Mehdiyev sərəncam verdi

Prezidenti administrasiyası rəhbəri tədbirlər planını təsdiq edib

Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin Sərəncamı ilə Gənclər Siyasəti üzrə I Qlobal Forumun keçirilməsi ilə bağlı tədbirlər planı təsdiq edilib.

ANS PRESS-in məlumatına görə, sərəncamda I Qlobal Forumun yüksək səviyyədə keçirilməsini təmin etmək üçün aidiyyəti dövlət qurumlarının iştirakı ilə Gənclər və İdman Nazirliyi nəzdində Təşkilat Komitəsinin yaradılması, tədbirdə iştirak edəcək nümayəndə heyətləri ilə işləyəcək könüllülərin cəlb edilməsi və təşkil olunması, xarici kütləvi informasiya vasitələri nümayəndələrinin akkreditasiyası, Forumun yerli KİV-lərdə işıqlandırılması, tədbirin keçirildiyi günlərdə mədəni proqramın və şəhərdaxili turların təşkili və digər məsələlər nəzərdə tutulub.

Xatırladaq ki, Forum bu il oktyabrın 28-30-da Bakıda keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00