Freedom House: ABŞ-ın fundamental hüquqlara və qanunun aliliyinə sadiqliyini göstərməsi vacibdir

"Dünyanın diqqətinin Ferqusona yönəldiyi bir vaxtda ABŞ-ın fundamental hüquqlara və qanunun aliliyinə davamlı sadiqliyini göstərməsi vacibdir". Trend-in "Freedom House" təşkilatının saytına istinadən verdiyi məlumata görə, bu barədə təşkilatın prezidenti Devid Kremerin ABŞ-ın Missuri ştatındakı Ferquson şəhərində baş verən hadisələrə dair bəyanatında deyilir.Bəyanatda qeyd olunur: "Maykl Braunun ölümü ilə bağlı istintaq davam etdiyi bir vaxtda, bu məsələdə bütün tərəflər - ABŞ və digər demokratik ölkələr fundamental sayılan prinsiplərə sadiq qalmalıdırlar. Bu prinsiplərə dinc nümayişçilərin sərbəst toplaşmaq və fikirlərini ifadə etmək, zorakılıqdan yayınmaq, jurnalistlərin hədə-qorxu və təqib olmadan hadisələri işıqlandırmaq imkanının olması daxildir".Qeyd edək ki, avqustun 9-da ABŞ-ın Missuri ştatındakı Ferquson şəhərində 18 yaşlı Maykl Braun adlı afro-amerikan gəncin polis tərəfindən güllələnərək öldürülməsinə etiraz edən sakinlər və polislər arasında iğtişaşlar baş verib. Polis iğtişaşlarla bağlı etirazçılardan bir çoxlarını həbs edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00