Milli Ordunun əsgəri yaralandı
20 Avqust 2014 11:32 SiyasətAzərbaycan Ordusunda silahlı insident olub.APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən "N" saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri, 1993-cü il təvəllüdlü Təbriz Ələddin oğlu Məmmədli tabeliyindəki avtomat silahdan ehtiyatsızlıqdan açılan atəş nəticəsində yaralanıb. Yaralı əsgər hospitala yerləşdirilib.Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.Əsgərin vəziyyəti kafi qiymətləndirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00