Qarabağda sülh Moskvaya lazımdırmı?

Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Soçi görüşü hələ də regional mətbuatın diqqət mərkəzindədir."Cənubi Qafqaz dövlətləri üçün görüşün əsas nəticəsi, sözsüz ki, Qarabağ ətrafında gərginliyin azalmasdır. Əlbəttə ki, görüşün tam təfərrüatları hələ də bəlli deyil. Bəlli olan odur ki, İlham Əliyev, Serj Sarkisyan və Vladimir Putinin görüşü olmasaydı, qurbanların sayı daha çox olacaqdı".Milli.Az xəbər verir ki, bu sözləri Day.Az saytına müsahibəsində rusiyalı ekspert, Beynəlxalq Siyasətin Analizi Mərkəzinin rəhbəri Mixail Neyjmakov bildirib."Xarici oyunçuların nöqteyi-nəzərindən Soçi görüşü ilk növbədə Rusiyanın münaqişənin həlli istiqamətində imkanlarını nümayiş etdirdi", - o əlavə edib.Onun sözlərinə görə, bu görüş bir daha göstərdi ki, Moskva Qarabağ məsələsində aktiv vasitəçiliyə qayıdır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00