ABŞ-ın Azərbaycandakı səfirliyinə yeni mətbuat katibi təyin edildi
19 Avqust 2014 16:34 SiyasətABŞ-ın Azərbaycandakı səfirliyinə yeni mətbuat katibi təyin edilib
Səfirlikdən APA-ya verilən məlumata görə, bu vəzifəni bundan sonra Nik Barnet icra edəcək.
O, əvvəllər ABŞ-ın Tacikistandakı səfirliyində və BMT-dəki ofisində fəaliyyət göstərib. Sonuncu iş yeri isə ABŞ-ın Rusiyadakı səfirliyi olub.
Xatırladaq ki, Nik Barnet bu vəzifədə Conas Styuartı əvəz edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00