Medvedev Ermənistana gedir

Rusiyanın Baş naziri Dmitri Medvedev sentyabrın 8-9-da Ermənistana səfər edəcək.

Axar.az "armtoday.info" saytına istinadən xəbər verir ki, bu açıqlama ilə Ermənistanın Baş naziri Ovik Abramyan çıxış edib.

O, Rusiya Baş nazirinin Ermənistana səfəri ilə bağlı razılığın Dmitri Medvedevlə axırıncı görüşü zamanı əldə edildiyini bildirib. Ovik Abramyan həmçinin 21-22 avqustda Gürcüstan Baş naziri İrakli Qaribaşvilinin Ermənistana rəsmi səfər edəcəyini, məhz bu səfər zamanı Cavaxetiya erməniləri ilə bağlı məsələnin müzakirə ediləcəyini bildirib. Bundan əlavə isə 15-17 sentyabr tarixində Baş nazirin İrana da rəsmi səfər edəcəyi deyilib:

"Bu bizim ölkələr üçün iqtisadi planda çox vacib məsələdir. Rusiya, Gürcüstan və İranla bağlı çoxlu proqramlar var".

- See more at: http://axar.az/news/27104#sthash.0KBjNMX0.dpuf

Rusiyanın Baş naziri Dmitri Medvedev sentyabrın 8-9-da Ermənistana səfər edəcək. Axar.az "armtoday.info" saytına istinadən xəbər verir ki, bu açıqlama ilə Ermənistanın Baş naziri Ovik Abramyan çıxış edib.

O, Rusiya Baş nazirinin Ermənistana səfəri ilə bağlı razılığın Dmitri Medvedevlə axırıncı görüşü zamanı əldə edildiyini bildirib. Ovik Abramyan həmçinin 21-22 avqustda Gürcüstan Baş naziri İrakli Qaribaşvilinin Ermənistana rəsmi səfər edəcəyini, məhz bu səfər zamanı Cavaxetiya erməniləri ilə bağlı məsələnin müzakirə ediləcəyini bildirib. Bundan əlavə isə 15-17 sentyabr tarixində Baş nazirin İrana da rəsmi səfər edəcəyi deyilib: "Bu bizim ölkələr üçün iqtisadi planda çox vacib məsələdir. Rusiya, Gürcüstan və İranla bağlı çoxlu proqramlar var".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00