Əli Kərimli və İsa Qəmbər radikal müxalifəti parçaladı

"2013-cü il prezident seçkilərinin acı məğlubiyyətindən sonra radikal müxalifətin çinahı iki hissəyə parçalanıb".  Belə bir açıqlama ilə çıxış edən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı "OLAYLAR"-a deyib ki, Əli Kərimli və İsa Qəmbər radikal müxalifəti parçaladı: "Hazırda bu iki şəxs arasında münasibətlər çox gərgin vəziyyətdədir. Bu hallar daim seçkidən sonra baş verir. Bir-birini ittiham etmək, agent axtarşına çıxmaq, MTN və digər qurumlara işləməkdə suçlamaq bu siyasi düşərgənin adətidir. Bunu qəsdən edirlər və məğlubiyyəti bir-birinin üsütünə atırlar. Bu adamlar 23 ildir ki, siyasi məğlubiyyətlə üzləşirlər. Bu məğlubiyyətin əsas səbəbi apardıqları siyasətlə bağlıdır". BAXCP rəsmisi deyib ki, bir-birinə patoloji nifrət edən Əli Kərimli ilə İsa Qəmbər heç bir uğura imza ata bilməz: "Bütün bunların fonunda bu münasibətlər daha da gərgin vəziyyət alacaq və ittihamlar daha da sərtləşəcək. Son vaxtlar radikal müxalifətin yüksən vəzifəli şəxslərinin istefasının şahidi oluruq. Əli Kərimlinin müşaviri istefa verib həmin düşərgəni tərk etdi". Niyaməddin Orduxanlı bildirib ki, Əli Kərimlinin yanından yeni istefaların baş verəcəyi gözləniləndir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00