ADP Türkiyə səfirliyinə hücumu pisləyib
18 Avqust 2014 18:12 SiyasətAzərbaycan Demokrat Partiyası Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin Naxçıvanda keçirilən görüşünə münasibət bildirib və Türkiyənin fəal iştirakı ilə ölkəmizin, eləcə də Gürcüstanın Avroatlantik məkana inteqrasiya olunması baxımından bu görüşün əhəmiyyətini diqqətə çəkib. "OLAYLAR"-ın xəbərinə görə, partiya yetkililəri həmçinin Ermənistanın işğalçılıq niyyətlərindən və qonşu dövlətlərə qarşı əsassız torpaq iddialarından geri çəkildiyi halda Azərbaycan və Gürcüstanla birgə beynəlxalq layihələrdə iştirak etməsinin və NATO-ya inteqrasiya olunmasının Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin olunması baxımından vacibliyini diqqətə çatdırıb. İdarə Heyəti Türkiyənin Rusiyadakı səfirliyinə hücum edilməısi faktından ciddi narahat olduğunu bildirib və rus hökumətini qardaş ölkənin səfirliyinə qarşı edilmiş bu təxribata aydınlıq gətirməyə və öz ərazisində akkredidasiya olunmuş bir ölkənin beynəlxalq hüquq normaları ilə təmin olunan toxunulmazlığına sayqı ilə yanaşmağa çağırıb.