Diaspor rəhbəri Ukrayna hökumətində təmsil olunacaq

Ukrayna Nazirlər Kabinetinin tərkibində yeni yaradılan Milli Azlıqlar üzrə Şurada Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri, Ukrayna Millətlər Assambleyasının prezidenti Rövşən Tağıyev də təmsil olunur. "OLAYLAR"-ın Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, Ukrayna Nazirlər Kabinetində baş nazir Arsen Yatsenyukun təşəbbüsü və hökumət üzvlərinin iştirakı ilə Şuranın ilk iclası keçirilib. İclasda qurumun tərkibi də təsdiqlənib. Şuranın tərkibində Ukraynada bir sıra milli azlıqları təmsil edən təşkilatların rəhbərləri, mədəniyyət, təhsil və daxili işlər nazirlərinin müavinləri, Nazirlər Kabinetinin etnomilli siyasət işləri üzrə müvəkkili Gennadiy Druzenko, etnosiyasət üzrə ekspertlər, alimlər və mütəxəssislər yer alıb. Onların arasında soydaşımız, BUAK sədri Rövşən Tağıyev də var. Şuranın ilk iclasında çıxış edən Rövşən Tağıyev Nazirlər Kabineti yanında Milli Azlıqlar üzrə Şuranın yaradılmasını dəstəkləyərək, qurumun səmərəli fəaliyyəti üçün bir sıra təkliflər də irəli sürüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00