Türkiyə müdafiə naziri Azərbaycana gəldi
Naxçıvanda Azərbaycan, Gürcüstan və Türkiyə nazirlərinin üçtərəfli görüşü olacaq
18 Avqust 2014 15:54 SiyasətTürkiyənin Milli Müdafiə naziri Naxçıvandadır.Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Türkiyənin milli müdafiə naziri cənab İsmət Yılmaz Azərbaycan, Gürcüstan və Türkiyə Müdafiə nazirləri arasında üçtərəfli formatda planlaşdırılan danışıqlarda iştirak etmək üçün Naxçıvan şəhərinə gəlib.İsmət Yılmazın Naxçıvan şəhərinə səfəri avqustun 19-dək davam edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00