Dördtərəfli danışıq beş saat çəkdi

Bəzi məsələlərdə irəliləyiş əldə edilib

Alman nazir Ukraynadakı böhranın siyasi həllini tapmaq üçün planlaşdırılan görüşdən razı qalıb.Anspress-in məlumatına görə, Almaniya xarici işlər naziri Frank-Volter Ştaynmayerin dəvəti ilə Berlində bir araya gələn Rusiya xarici işlər naziri Sergey Lavrov, Ukrayna xarici işlər naziri Pavlo Klimkin və Fransa xarici işlər naziri Loren Fabius Ukraynadakı gərginliklə bağlı müzakirələr ediblər.Təxminən 5 saat davam edən toplantıdan sonra alman nazir Ştaynmayer, bəzi məsələlərdə irəliləyiş əldə edildiyini açıqlayıb.Diplomatik mənbələr görüşlərin davam edib-etməyəcəyinin bu gün, ya da sabah müəyyən olacağını bildirir.Qeyd edək ki, Rusiya, Ukrayna, Fransa və Almaniya xarici işlər nazirləri Ukraynada gərginliyi müzakirə etmək üçün bir araya gəliblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00