Müdafiə nazirlərinin görüşündə müzakirə olunacaq məsələlər açıqlanıb
Gürcüstanın müdafiə naziri İrakli Alasaniya Naxçıvanda keçiriləcək görüş barədə danışıb
18 Avqust 2014 09:30 Siyasət"Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşünün keçirilməsinə xeyli vaxt əvvəldən hazırlıq başlanıb. Bu, üç nazirin ilk rəsmi görüşü olacaq".Bunu Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin sabah Naxçıvanda keçiriləcək görüşü barədə danışan Gürcüstanın müdafiə naziri İrakli Alasaniya deyib.Gürcüstan müdafiə nazirinin sözlərinə görə, görüşdə xüsusi hərbi vəziyyətlərdə ölkələrin kommunikasiya infrastrukturunun mühafizəsi barədə müzakirə aparılacaq. Həmçinin neft-qaz kəmərlərinin, dəmir yolu, rabitə infrastrukturunun mühafizəsi ilə bağlı tədbirlər planı müzakirə olunacaq. Görüşdə tədbirlər planının həyata keçirilməsi üçün razılaşma sazişinin imzalanması da nəzərdə tutulub.Nazir bildirib ki, bu cür əməkdaşlıq regionda sabitliyin qorunması və gücləndirilməsi üçün əlavə istinad nöqtəsidir.Qeyd edək ki, sabah Naxçıvanda Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşü keçiriləcək.