AXCP Müsavatı dağıdır

Əli Kərimli İsa Qəmbərdən 2000-ci ilin qisasını çıxır

"Müsavat Partiyasında  baş verənlər bu ilin yanvarından başlanmış prosesin davamıdır. Baş verənləri arxasından şəksiz ki, AXCP dayanır". Bu sözləri Müsavat Partiyasında baş verən istefalara münasibət bildirən "Bizim Azərbaycan" blokunun sabiq üzv partiyalarından birinin hazırda siyasətdə olmayan sədri deyib. Qeyd edək ki. Son 2 həftə ərzində filosof Niyazi Mehdi və başqanın müşaviri Hüseyn Məlik partiyanı tərk edib. İstefaların davamlı olacağı gözlənilir. Sabiq partiya sədri istefaların Arif Hacılı ilə bağlanmasını yanlış hesab edib: "Arifh Hacılının Hüseyn Məliklə heç bir problemi olmayıb. İstefaların Hacılı ilə əlaqəli olmasını Arif bəyi istəməyənlər yayır. İsa Qəmbərdən sonra Müsavatı qoruya biləcək tək ad Arif Hacılıdır. Düzdür, onu qəbul etməyib gedənlər olacaq. Ancaq Arif Hacılı Müsavatı müxalifət düşərgəsində saxlamağı bacaracaq, AXCP-nin hücumlarından qoruyacaq". Bəs AXCP Müsavatdan nə istəyir? Onsuzda radikal düşərgə ana müxalifət kimi AXCP-ni qəbul edir. Müsavat özü radikal kursdan imtina edib, sakit guşəyə çəkilib. Mənbə hesab edir ki, AXCP Müsavatı bir daha dirçəlməyəcək üzərə tamamən məhv edib sıradan çıxarmaq, İsa Qəmbəri, Pənah Hüseyni, Arif Hacılını siyasətdən silmək istəyir: "AXCP-də hələ 2000-ci ildən belə bir düşüncə hakimdir ki, Müsavatın hazırkı rəhbərləri siyasətdə var olduqca, Əli Kərimli ana müxalifət lideri ola bilməyəcək. Onların hədəfi öncə Əbülfəz Elçibəy idi. Elçibəy dünyasını dəyişəndən sonra İsa Qəmbəri hədəfə aldılar". Sabiq "Bizim Azərbaycan"çı deyir ki, AXCP Müsavatdakı hazırkı gedişdən heç xoşhal deyil. Gedişat Arif Hacılının başqan olmasına aparır. Bu isə AXCP-ni qane etmir. AXCP-yə Qubad İbadoğlu kimi zəif, istənilən anda qara piarla məhv edə biləcəkləri adam lazımdır. Ancaq Müsavatda dərk ediblər ki, İsa Qəmbər gedirsə, yerinə təcrübəli, "Yurd"la savaşda bərkimiş adam qalmalıdır. Belə bir adam isə Arif Hacılıdır. Sabiq partiya sədri Əli Kərimlinin təkcə AXCP-nin maraqlarına uyğun deyil, həm də öz şəxsi qisas hissi ilə Müsavatı dağıtdığını bildirdi: "Yadınızdadırsa, 2000-ci il hadisələri zamanı Əli Kərimli Müsavatın AXCP olaraq "klassiklər"I tanımasına ironiyalı reaksiya vermiş və demişdi: "Məni tanımır, tanımasın. Eybi yox, vaxt gələr tanış olarıq". Bu sözün üstündən 2 il keçməmiş İsa Qəmbər "Əli Kərimli ilə tanış oldu". 2003-cü il seçkiləri ərəfəsində Müsavat KXCP-də dağıntılara başladı, AXCP ilə münasibətlər qurdu. 2002-ci ildə artıq MKM yaranmışdı, Müsavat ADP, AXCP, AMİP-lə danışıqlar aparırdı, KXCP proseslərdən kənarlaşdırılmışdı. 2003-cü il oktyabr hadisələrindən sonra Müsavt məcbut olub AXCP ilə yaxınlıq etdi. Lakin Əli Kərimli Müsavat Divanının 2000-ci ilin sentyabr qərarını unutmamışdı. Müsavat həmin qərarla KXCP-ni "AXCP" kimi tanıdı, bu qərardan sorna cəbhəçilərin 75 faizi Mirmahmud Mirəlioğlunun partiyasına keçdi. AXCP sədri müsavatdan bunun qisasını alır". Mənbə deyir ki, Hüseyn Məlikin istefası Müsavat rəhbərliyi üçün SOS siqnalı olmalıdır: "AXCP emissarları rayonlarda müsavat əleyhnə iş aparıblar. Onlarla Müsavat fəalı istefa qərarını açıqlama üçün Əli Kərimlidən işarə gözləyir". Sabiq partiya sədrinin fikrincə, Müsavat tezliklə AXCP ilə müttəfiqliyin yolunu tapmasa, ciddi qopmalardan qaça bilməyəcək.

Ərhun Abbas

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00