“Məzəm kəndi ermənilərə ağ bayraq qaldırmayıb”
Üzeyir Cəfərov: “Ermənilərin məsələni bur cür təqdim etmələri cəfəngiyyatdır, mənim onlara yazığım gəlir”
14 Avqust 2014 15:36 SiyasətHərbi-ekspert Üzeyir Cəfərov erməni mətbuatının Qazaxın Məzəm kəndi sakinlərinin Ermənistan ordusuna "ağ bayraq" qaldırması barədə iddialarına cavab verib. Ü.Cəfərov bildirib ki, öz kəndlərindən məlumat verə bilməyən ermənilər Azərbaycanın Məzəm kəndi barədə məlumat yayırlar. Ermənilərin bu istiqamətdə olan iddialarının məntiqsiz olduğunu deyən ekspertin sözlərinə görə, Azərbaycan vətəndaşları əsir düşmürlər ki, ağ bayraq qaldırsınlar: "Bu ermənilərin növbəti sayıqlamasıdır. Sərhəddə baş verən silahlı qarşıdurma ilə əlaqədar sakinlərdən bəziləri yaxınlıqdakı qohumlarının ervlərinə yerləşmişdilər. Bu özünümüdafiə xarakteri daşıyırdı, normal hadisədir. Təəccüb doğurmamalıdır. Ermənilərin məsələni bur cür təqdim etmələri cəfəngiyyatdır, mənim onlara yazığım gəlir. Hər dəfə bir məsələ uydururlar. Məsələni elə uydururlar ki, oxuduqca adam xəcalət çəkir. Azərbaycan vətəndaşı öz ərazisində, niyə ağ bayraqla gəzməlidir ki? Ümumiyyətlə ağ bayrağın mənası nə deməkdir? Ciddi olmaq lazımdır. Ağ bayrağın mənası "təslim olmaq", "təslimçilik", "dar məqamda düşməndən imdad dilməmək" deməkdir. Amma indi ermənilərin bu uydurması gülüş doğurur. Ermənilər yalan uydurmaqda ustadırlar. Erməni saytlarının rəhbərləri bu cür yalanlardan milyonlar qazanırlar. Onların dedikləri ağ yalandır, Məzəmdə düşmənə heç bir ağ bayraq qaldırılmayıb. Ermənilərin bu cür dezinformasiyalarından Azərbaycan mətbuatı son dərəcə ehtiyatlı olmalıdır. Həmin məlumatlardan onlar sonradan öz xeyirləri üçün istifadə etməyə çalışırlar. Diqqətli olmaq lazımdır". ("OLAYLAR İA")