Kristoper Lanqton: “Rusiya yaxın zamanda Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü keçirməyə cəhd edəcək”

"Rusiya yaxın zamanda Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü keçirməyə cəhd edəcək, çünki Dağlıq Qarabağ münaqişəsinin həllində artıq nəticə əldə etməyin vaxtıdır". Böyük Britaniya "Müstəqil Araşdırma və Qarşıdurmalar" Analitik Mərkəzinin direktoru Kristoper Lanqton erməni mətbuatına açıqlamasında belə deyib. Lanqton qeyd edib ki, Soçi görüşü münaqişənin həllinə müzakirələr yolu ilə davam edilməsi üçün şərait yaratdı: "Azərbaycan və Ermənistan prezidentləri münaqişənin sülh yolu ilə həll edilməsi üçün razılığa gəldilər. Bu çərçivədə Soçi görüşü müsbət addım oldu. Bundan sonra təmas xəttində də atəşkəs rejiminin pozulması halları da azalacaq". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00