İsa Qəmbərin müşaviri: “Partiyadan uzaqlaşdırılmağım barədə məlumatsızam”

Müsavat Partiyası başqanının müşaviri Hüseyn Məlik onun qurumdan kənarlaşdırılacağı ilə bağlı yayılmış məlumatlara aydınlıq gətirib. Hüseyn Məlik bu barədə məlumatlı olmadığını deyib. Müşavir özünün Müsavatdan uzaqlaşdırılması məsələsini başqan İsa Qəmbərin "Divan"ın müzakirəsinə verməsindən də xəbərsiz olmasını dedi: "Mənim partiyadan uzaqlaşmağım barədə hansısa rəsmi qərar yoxdur. Məlumatı dəqiqləşdirəcəm". Qeyd edək ki, İsa Qəmbər H.Məlikin Müsavat üzvülüyündən çıxarılıb-çıxarılmaması məsələsini partiyanın müzakirəsinə verib. İclasda bəzi funksionerlər onun partiyadan çmıxarılmasını təklif ediblər. Lakin təklif  hələ ki, qəbul olunmayıb. Hüseyn Məlikə yönələn təzyiqlərə əsas səbəb kimi onun AXCP ilə yaxın əməkdaşlıq etməsi olub. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00