Cəbhədə son vəziyyət

Ağdam kəndləri atəşə tutulub

Cəbhə xəttində atəşkəs yenidən pozulub.Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Yusifcanlı, Cəvahirli, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.Qarşı tərəf cavab atəşi ilə susdurulub.Qeyd edək ki, cəbhədə atəşkəs əvvəlki günlərlə müqayisədə, son bir neçə gündə daha az pozulur

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00